Oktyabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanın Dövlət Müstəqillik Günü qeyd olunub.
Tədbirdə prorektor İsa Xəlilov bu əlamətdar günün tarixi haqqında məlumat verib. Prorektor bildirib ki, 100 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan Cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Prorektor çıxışında qeyd edib ki, müstəqilliyimizin dönməzliyi və əbədiliyinin ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olması müasir tariximizin danılmaz faktıdır.
Daha sonra ictimai fənlər kafedrasının professoru Qabil Hüseynli Azərbaycanda müstəqillik gününə qədər olan hadisələri tarixi faktlarla şərh edib. O bildirib ki, “Azərbaycanın müstəqilliyi asan qazanılmayıb. Bu yolda igid oğul və qızlarımız qəhrəmancasına mübarizə aparıb və şəhid olublar. Azərbaycanın bugünkü inkişaf yolu isə Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir”.

AzTU-nun Mətbuat Xidməti