Əfqanıstanda seçkilər günü insidentlər zamanı azı 28 nəfər həlak olub

Əfqanıstanda seçkilər günü insidentlər zamanı azı 28 nəfər həlak olub Əfqanıstanda ölkənin parlamentinin aşağı palatasına keçirilən seçkilər zamanı 192 silahlı insident qeydə alınıb. Bu barədə ölkənin daxili işlər naziri Vais Barmak bildirib.
Onun sözlərinə görə, silahlı insidentlər zamanı azı 10 polis əməkdaşı, 1 hərbçi və 17 dinc sakin həlak olub. Bundan əlavə, 83 dinc sakin və 17 hüquq-mühafizə orqanlarının əməkdaşı xəsarət alıb.

Tehsil-press.az

Oxşar xəbərlər