Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib “Hilton Bakı” otelində “Education USA” mərkəzinin, ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə Amerika universitetlərinin təhsil sərgisi keçirilib.
Sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənləri bu ölkənin təhsil sistemi, müxtəlif proqramları barədə məlumatlandırmaq və azərbaycanlı gənclərin xaricdə təhsil almasına imkan yaratmaqdır.
Sərgidə ABŞ-da təhsil, bu ölkənin bir sıra universitetləri, müxtəlif mübadilə və təqaüd proqramları barədə məlumat verilib. Xaricdə təhsil almaq istəyənlərə ABŞ-ın 9 universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Həmçinin ali məktəb və mübadilə proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat verilib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gil jurnalistlərə müsahibəsində ölkəsində təhsil almaqda maraqlı olan gənclərin sərgidə çoxluq təşkil etməsinin sevindirici hal olduğunu söyləyib. O deyib: “Təhsil hər bir insanın həyatında vacib amildir. ABŞ Azərbaycanın gələcək nəsil tədqiqatçılarının, təhsil və digər sahələrdə mütəxəssislərinin yetişməsinə kömək göstərmək məqsədilə yüksək səviyyədə keyfiyyətli təhsil təklif edir. Biz çox məmnunuq ki, ABŞ dövlət departamentinin dəstəyi ilə Amerikada təhsil təşəbbüsü fəaliyyəti çərçivəsində bugünkü sərgidə 9 ali məktəbin nümayəndəsi iştirak edir. Bu fürsət iştirakçılara onları maraqlandıran suallara cavab almaq, eyni zamanda, ABŞ-da təhsil barədə ətraflı məlumat əldə etmək imkanı verir. Sərginin təşkilatçılarından olan “Education USA” Azərbaycan ilboyu Amerikada təhsil almaq istəyənlərə bu ölkənin ali məktəbləri, müxtəlif təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir”. Ölkəsində təhsilin miqyasının geniş olduğunu deyən diplomat ABŞ-da 4500-dən çox ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini söyləyib. Diqqətə çatdırılıb ki, hazırda ABŞ-da yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Bu sərgi ABŞ-da təhsil almaq istəyən gənclərin sayının çoxalmasına kömək edəcək. Uilyam Gil bildirib ki, gələcəkdə təhsil sərgisində universitetlərin sayının artırılması nəzərdə tutulur.

Kəmalə Rəhimli


Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilibBakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilibBakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilibBakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilibBakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib

Oxşar xəbərlər