Bu yaxınlarda keçirilən “Birləşmiş Krallıqda təhsil” sərgisi böyük uğurla başa çatdı. Britaniyanın 17 tanınmış universitetindən nümayəndələr sərgidə iştirak etmək üçün Bakıya gəlmişdilər.
Bu sözləri tehsil-press.az-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi və vitse-konsulu Ceyms Holder deyib. 1500-ə yaxın tələbənin sərgiyə böyük maraq göstərdiyini bildirən C.Holder onların İngiltərədə təhsil almaq üçün potensial gənclər olduğunu vurğulayıb. O deyib: “Gənclərin böyük əksəriyyətinin marağı neft və qaz sahəsinədir. Gənclər daha çox Londonda təhsil almağın yollarını araşdırırlar. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “British Council” ilə birgə gənclərin İngiltərənin ən qabaqcıl universitetlərində təhsil almalarını təbliğ etməyə çalışır. İngiltərə hər zaman gənclərin təhsil üçün üz tutduqları ölkələrdəndir. Səfirlik, həmçinin İngiltərədə təhsil imkanlarını artırmaq məqsədilə “Chevening” təqaüd proqramını gənclərə təklif edir. Ötən il proqrama 182 gənc müraciət etdi. Yalnız 6 qalib İngiltərədə təhsil imkanı qazana bildi. Bu yaxınlarda Azərbaycanda “Chevening” Tələbə Assosiasiyası yaradıldı. Biz bununla proqramın daha geniş miqyasda yayılacağına ümidvarıq. Gələcəkdə regionlardan da proqrama böyük maraq göstəriləcəyinə inanırıq. Düşünürük ki, bu proqramı bitirən gənclər işlədikləri sahələr üzrə töhfələrini verəcəklər. Biz İngiltərədə təhsil almaq istəyən hər bir gənci bu proqrama dəvət edirik. İldən-ilə müraciət edənlər arasında məqsədli gənclərin olması bizi sevindirir. Proqram gənclərin ideyalarının, maraqlarının paylaşılması üçün böyük imkan yaradacaq. Əminik ki, proqramdan yararlanan gənclər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə töhfələrini verəcəklər”.
Tehsil-press.az