Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 78,59 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.
Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 29-da 74,33 dollar/barel təşkil edib ki, Tehsil-press.az-a görə, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 29-da 77,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər