Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur.
Bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, həmin əlavə vəsait 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanlara şamil olunacaq:
“Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu, yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Məncə, təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.
S.Şərifov əlavəe dib ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların təşkilati-hüquqi forması dəyişdirilib və onlar publik hüquqi şəxslər olublar: "Ancaq bu, həmin təşkilatların dövlət büdcəsindən asılılığını aradan qaldırmayıb. Yalnız bir necə təşkilat müstəqil gəlir imkanlarına malikdirlər, yaxud da onların həmin gəlir imkanları saxlanma xərclərinin çox cüzi hissəsini təmin edir. Ona görə də verdiyimiz təqdimatda göstərilib ki, həmin publik hüquqi şəxslərin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 396 milyon manat vəsait ayrılsın”.
Tehsil-press.az