Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Türk Tələbə İdarə Heyətinin təşkilatçılığı ilə universitetdə Türk dünyasının böyük oğlu, məşhur hərbi-siyasi xadimi Mustafa Kamal Atatürkün anım gününə həsr edilmiş tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun rəhbərliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin koordinatoru Teoman Tiryaki, Yunis Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir, Türk Dünyası Atatürk Liseyinin müdiri Hüseyin Dəmirəl iştirak ediblər. Anım mərasimində ilk olaraq Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Yunis Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir Mustafa Kamal Atatürkün anım gününə həsr edilmiş tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Cihan Özdəmir bildirib ki, dövlət quran şəxslər həmişə böyük hörmətlə xatırlanır, yad edilirlər. Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir. Mustafa Kamal Atatürk çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin bacardığı qədər müqavimət göstərməsinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çökmüşdü. İnanclı, realist lider olan Mustafa Kamal Atatürk yorulmuş, gücdən və ruhdan düşmüş xalqı səfərbər edərək milli mübarizəyə başladı. Bu mübarizədə ona cəmiyyətdə tanınan, qəbul edilən, hörmət bəslənilən ziyalılar dəstək verdilər. Heç bir beynəlxalq gücün hegemonluğunu əsla qəbul etməyən, yalnız öz xalqının iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırdı.
Tədbirdə Mustafa Kamal Atatürklə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Türk Tələbə İdarə Heyətinin sədri Hakan Köse çıxışında qeyd edib ki, Türk gəncliyi Mustafa Kamal Atatürkün böyük, müqəddəs ideallarına sadiqdir və onun qurduğu dövləti yaşatmaq, daha da gücləndirmək əzmindədir.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbələri Kadir Palalı Yusuf Dursunun “Dastan” şeirini, Mustafa Enes Aslan “Sarızeybek” rəqsini ifa ediblər. Həmin fakültənin tələbəsi Fatih Köstekçi və Filologiya fakültəsinin tələbəsi Günay Nəsirli Mustafa Kamal Atatürkün “Gəncliyə müraciəti”ni və “Türk gəncliyinin Atatürkə cavabı”nı səsləndiriblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Can Akar isə Mustafa Kamal Atatürkün sevdiyi musiqiləri ifa edib. Türk Dünyası Atatürk Liseyinin şagirdlərinin çıxışları, oxuduqları mahnı hamıda xoş təəssürat yaradıb.
Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi