Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş “18 Mart-Çanaqqala zəfəri” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Abdulqafur Büyükfırat, Mədəniyyət müşaviri İrfan Cifçi, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) təmsilçiləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Qeyd edək ki, tədbir ADPU-da təhsil alan türkiyəli tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Toplantıda ilk olaraq Çanaqqala şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bütün Türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 103 il keçir. Çanaqqala döyüşü 1915-1916-cı illərdə Osmanlı dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa və s.) arasında dənizdə və quruda aparılan nəhəng bir döyüş olmuşdur. Həmin dövrdə İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazları ələ keçirmək və bununla da Rusiya üçün etibarlı bir ticarət və hərbi yol açmaq istəyirdilər. Eyni zamanda onlar Almaniyanın müttəfiqlərindən biri olan Osmanlını zəiflətmək məqsədilə Çanaqqalanı hədəf seçmişdilər. Çünki Çanaqqalanın işğal edilməsi bütünlükdə Osmanlı dövlətinin tamamilə məhv edilməsi demək idi. Yəni bu döyüş faktiki olaraq Osmanlı dövləti üçün bir ölüm-dirim məsələsi idi. İttifaq dövlətləri canlı qüvvə və texnika sarıdan böyük üstünlüyə malik olsalar da, Çanaqqalanı ələ keçirə bilməmiş, döyüş sonucda Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşmüş, hər bir vətəndaşın xatirəsində qalmışdır. Çanaqqala zəfəri Türk xalqının, Türk millətinin tarixin ən çətin və mürəkkəb dövrlərində öz gücünü, iradəsini ortaya qoymaq bacarığını bütün dünyaya göstərmişdir. Bu savaş həm də Türk Qurtuluş Döyüşünə böyük təsir göstərmişdir. Məhz buna görə Türkiyə Respublikası qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi 18 mart tarixi Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilmişdir. Düşmən tərəfi olan Antanta birliyi üçünsə bu döyüş hərbi bacarıqsızlıq və fəlakət simvolu olaraq qəbul edilmişdir.
Professor A.Zamanov çıxışı zamanı deyib ki, bütün Türk dünyasının parlaq hərbi-siyasi istedadından, məharətindən böyük qürur və fəxr duyduğu Mustafa Kamal Atatürk bu döyüşdə öz üzərinə düşən hərbi vəzifələri layiqincə yerinə yetirmişdir. Mustafa Kamal Atatürk elə döyüşlərin ilk günlərindən öz parlaq hərbi istedadını üzə çıxarmış və məşhurlaşmışdır. Bu fakt həm də Mustafa Kamal Atatürkün Türk xalqının milli lideri kimi ortaya çıxmasına həlledici təsir göstərmişdir. Böyük tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksək inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Biz bir millət, iki dövlətik”.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşaviri İrfan Cifçi, türkiyəli tələbələrin İdarə Heyətinin sədri Hakan Köseyi və başqaları çıxış edərək Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş tədbirin təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, iki qardaş xalqın həmrəy olmasından qürur duyduqlarını vurğulayıblar.
Toplantıda Türk xalqının böyük tarixi şəxsiyyətlərinin bu günümüzlə səsləşən fikirləri və “Çanaqqala” şeiri səsləndirilib, “Harmandalı Zeybek” rəqsi ifa edilib, Çanaqqala zəfəri ilə bağlı videoçarx və Bakı Türk Orta Məktəbinin şagirdlərinin xorunun ifasında musiqilər təqdim edilib.
Görkəmli türk sənətçisi Yağız Ozanın ifa etdiyi mahnılar iştirakçılarda ruh yüksəkliyi yaradıb.
Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi