Noyabrın 9-da bir qrup azərbaycanlı tələbə və gənc Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Dövlət Bayrağı Günü münasibətilə aksiya keçiriblər.
Gənclər parka toplaşan yerli sakinlərə və Tbilisinin qonaqlarına üçrəngli Dövlət Bayrağının rəmzi olan lentlər paylayıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Dövlət Bayrağının qəbul olunma tarixi, bayrağımızın rəngləri və əhəmiyyəti barədə məlumat veriblər.
Şəhərin küçə və prospektlərində də aksiyanı davam etdirən gənclər sonra Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə gəliblər.
Muzeyin ikinci mərtəbəsində Azərbaycanın və Gürcüstanın dövlət bayraqları dalğalandırılıb.
Gənclər havaya göy, qırmızı və yaşıl rəngli şarlar buraxıblar.
Gənclərin bu aksiyası yerli sakinlər və Tbilisiyə gəlmiş turistlər tərəfindən maraqla qarşılanıb.
Tehsil-press.az