Ukrayna-Rusiya münaqişəsində pik hədd - Konsulluğa hücum edildi+ Video

Ukrayna-Rusiya münaqişəsində pik hədd - Konsulluğa hücum edildi+ Video Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib.
Konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar.
Binaya məşəl atanların çoxu üzünü gizlədib. Daha sonra isə şinlər yandırılıb. Onları xilasedicilər söndürməyə müvəffəq olub. Etirazçılar bununla da kifayətlənməyərək Rusiyanın bayrağını yandırıblar.



Tehsil-press.az

Oxşar xəbərlər