Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib

Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər. Yalnız bu yolla öz millətinin istedad və bacarığını göstərmək mümkündür.
Bunu bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci Bölgələrarası Kubokun yekunu üzrə Trend-ə açıqlama verərkən bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
M.Vasileva Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya uzun illər ərzində təkcə gimnastika deyil, bütün idman növlərinin inkişafına verdikləri töhfəyə görə minnətdarlığını bildirib: "Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi Gimnastika Arenası yoxdur. Mən bu barədə qürur hissi ilə danışıram. Bütün xarici qonaqlarımız Milli Gimnastika Arenamıza heyrandırlar. İdman millətin gələcəyidir".
Baş məşqçinin sözlərinə görə, o, bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci Bölgələrarası Kubokda iştirak edən idmançıların hazırlığından razı qalıb:
"Hər zaman nəticələrin daha da yaxşı olmasını istəyirik. Hər il də nəticələr daha yaxşı olur ki, bu da məni çox sevindirir. Yarışlarda üç yaş kateqoriyasında - “balacalar”, “yeniyetmələr”, “gənclər”, eləcə də qrup hərəkətləri komandaları iştirak ediblər. "Balacalar" yaş kateqoriyasında 88 idmançının iştirak etməsi böyük göstəricidir, ancaq məni daha çox çıxışların keyfiyyəti sevindirir. Mükafat yerləri uğrunda mübarizə aparılması sevindiricidir, bu onu göstərir ki, məşqçilər işləyir, gimnastika fəal inkişaf edir. Bütün bunlar təkcə marağı, çıxışların keyfiyyətinin yaxşılaşmasını deyil, həm də mənim milli komandaya götürəcəyim istedadlı uşaqların artmasını göstərir. Yarışlar bitdikdən sonra bütün idman cəmiyyətləri toplanışa dəvət etdiyim idmançılar haqqında məlumat alıblar. Toplanışlar 2 ay ərzidə keçiriləcək, daha sonra hansı gimnastların qalacağı müəyyən ediləcək. Mən, həmçinin bölgələrdən hansı idmançıları dəvət etdiyimi müəyyənləşdirmişəm və deyə bilərəm ki, 10-dan çox uşaq var. Onlar bizim gələcəyimizdir, çünki məhz bölgələrdən olan qızlar çempion olub-olmasalar da, regionlarda gələcək məşqçi və hakimlərimiz olacaqlar. Bölgələrimizdə yüksək səviyyəli mütəxəssislər olacaq".
M.Vasileva qeyd edib ki, növbəti ildə Milli Gimnastika Arenası bir çox beynəlxalq yarışları qəbul edəcək:
"Söhbət Olimpiya idman növləri üzrə üç Dünya Kuboku - batut, idman gimnastikası və bədii gimnastika yarışından gedir. Ən böyük tədbirlər aerobika və bədii gimnastika üzrə Avropa çempionatları olacaq. Sentyabrda, həmçinin bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Yarış Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Avropa Yeniyetmə Olimpiya Festivalını da unutmamalıyıq, bu festival çərçivəsində də idman gimnastikası üzrə yarışlar keçiriləcək".

Tehsil-press.az



Oxşar xəbərlər