Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclası keçirilib.

Təhsil-press.az-ın xəbərinə görə, 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən M. Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.
M. Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.
Qeyd edək ki, FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi FIG Konqresi tərəfindən seçilir və ildə bir dəfə Şuranın iclasları təşkil olunur.

Təhsil-press.az

Oxşar xəbərlər