Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksinin mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqraflar və şagirdlər üçün ustad dərsləri təşkil olunub.
Ustad dərslərini BXA-nın müəllimləri, Əməkdar artist Tamella Əliyeva və Prezident təqaüdçüsü Zəminə Quliyeva keçiblər.
Əvvəlcə regional idarənin Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir rayonundan olan aidiyyəti işçilərlə müəllimlərin işgüzar görüşü keçirilib.
Daha sonra isə akademiyanın peşəkar müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə dərslər keçirilib. Böyük maraqla qarşılanan ustad dərsləri interaktiv şəkildə təşkil olunduğu üçün iştirakçıların sualları cavablandırılıb, yerlərdə tədris prosesinə cəlb olunan müəllimlərə əməli və metodiki tövsiyələr verilib.

BXA-nın Mətbuat Xidməti