Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin yeməklərinin hazırlanması” mövzusunda ustad dərsləri keçirilib.
Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi haqqında danışıb. Həmçinin bildirib ki, Milli Kulinariya Mərkəzinin təşkil etdiyi beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.
Çin mətbəxinin yeməklərini hazırlayan çinli ustadlar məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıblar, eyni zamanda Çin yeməklərinin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Daha sonra tələbələrə Çin yeməklərinin hazırlanması prosesi, Çin souslarından istifadə yolları haqda məlumat verilib, məşhur “yu xiang rou si”nın hazırlanma qaydaları nümayiş olunub.
ADU-nun Mtbuat Xidmti