“Rusiya heç bir ölkənin daxili işinə qarışmayıb və qarışmağı da planlaşdırmır” Moskvanın Parisdəki aksiyalarla bağlı olması barədə bəyanatlar iftiradır. Sputnik Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Parisdə baş verənlər yalnız Fransanın daxili işidir, Rusiya heç bir ölkənin daxili işinə qarışmayıb və qarışmağı da planlaşdırmır.
Peskov vurğulayıb ki, rəsmi Moskva Parislə əlaqələrin inkişafına böyük əhəmiyyət verir: “Bununla bağlı hər iki tərəf aktiv şəkildə işləyir. Biz Fransanın suverenliyinə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, daha əvvəl Fransa rəhbərliyi ölkəni bürüyən etirazlar fonunda yanacağa tətbiq olunan vergi rüsumlarına altı aylıq moratorium tətbiq edib. “Zorakılıq dayanmalıdır. Biz respublikanın prezidenti Emmanuel Makron ilə birgə yanvarın 1-dən qüvvəyə minməli olan üç vergi qanunu barədə bu qərarı verdik. Məsləhətləşmələrdən sonra mən qüvvəyə minməli olan bu üç vergi qanunu 6 ay müddətinə dondururam. Qərarlar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək” – deyə Fransanın baş naziri Eduard Filipp bildirib. Onun sözlərinə görə, heç bir vergi xalqın birliyini təhdid altına ata bilməz.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 1-dən başlayan “sarı jiletlilər” hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə 3 milyon avrodan çox olub. Küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.
Tehsil-press.az