Tunisdə bir gündə 300 etirazçı saxlanılıb

Tunisdə bir gündə 300 etirazçı saxlanılıb Tunisdə son sutka ərzində 300-dən çox insan saxlanılıb.
Həmin şəxslər ölkədəki etirazlar zamanı vandalizm və soyğunçuluq etməkdə şübhəli bilinirlər.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Xəlifə əş-Şibani bildirib ki, son hadisələr zamanı 21 xüsusi xidmət əməkdaşı yaralanıb, 10-a yaxın nəqliyyat vasitəsinə zərər dəyib. Etirazçılar təhlükəsizlik əməkdaşlarından birinin evini yandırıblar.
Qeyd edək ki, qiymət və vergi artımı ilə əlaqədar olaraq bu həftənin əvvəlindən Tunisin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər