Smartfonun köməyilə diaqnoz qoymaq mümkün olub

Smartfonun köməyilə diaqnoz qoymaq mümkün olub ABŞ-ın Corciya Texnologiya İnstitutu və Emori Universitetinin həkimləri qanazlığı xəstəliyinə diaqnoz qoymağa imkan verən mobil proqram hazırlayıblar. Bu proqram sayəsində istifadəçi analiz vermədən, sadəcə barmaqlarının şəklini çəkməklə qanazlığı xəstəliyinin simptomlarını asanlıqla aşkar edə bilər.
www.hitech.vesti.ru saytının məlumatına görə, qanazlığı - insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.
Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və digər yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, bu da gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik sınaqların nəticələrinə əsasən, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.

Tehsil-press.az


Oxşar xəbərlər