Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Səfir saatı” layihəsi çərçivəsində İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fananinin tələbələrlə görüşü təşkil olunub. Tədbirdə Aİİ-nin rəhbərliyi, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Rektor Ceyhun Məmmədov görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda uğurla davam etdirildiyini bildirib. C.Məmmədov qeyd edib ki, Aİİ tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və digər amillər haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaratmaq məqsədilə "Səfir saatı” layihəsi çərçivəsində ölkəmizdəki səfirliklərlə əməkdaşlıq qurur.
Hüsnan Bəy Fanani Azərbaycan-İndoneziya münasibətlərini şərh edib, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Tələbələr qarşısında çıxış edən səfir Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Diplomat İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycanın ədalətli mövqeyini – ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini söyləyib.
Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqları arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.
Sonda səfir musiqinin müşayiəti ilə İndoneziya milli nəğmələrini və dünyaca məşhur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Aİİ-nin Mətbuat Xidməti