“Bu gün vergi verməyən və ya vergidən yayınan sahibkar bundan sonra "vəziyyətim pisləşdi" deyib səs-küy sala bilər”. Bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, normal vergisini ödəyən şəxslər üçün heç bir mənfi hal baş verməyəcək:
“Bunları ayırmaq lazımdır. Daş karxanaları böyük məbləğlərdə pullar qazanır. Amma yaddan çıxartmayaq ki, onların çörəyi daşdan çıxır və sizin dediyiniz adamlar arxada duran, sadəcə karxanalara nəzarət edən şəxslərdir. Amma heç kim arxayınlaşmasın. Karxanaların yoluna daş töküb bağlamaqla canlarını qurtara bilməyəcəklər.
Biz indi "Azərkosmos"la müqavilə imzalamışıq, həmin karxanalara kosmosdan, peykdən nəzarət edirik. Müəyyən bir müddət karxanaların kosmosdan çəkilən görüntülərini alacağıq. Bir müddət sonra təkrar görüntü alıb müqayisə edəcəyik. Bununla da orada görülən işlər bəlli olacaq”.
S. Ələkbərov dərman sahəsində də problemlərin olduğunu vurğulayıb:
"Dərman sahəsindən büdcəyə çox az vergi daxil olur. Çünki uçot yoxdur. Ya istehsal olunur, ya da xaricdən gətirilir, ölkəyə cəmi 5-6 giriş postumuz var. Ordan da giriş bəlli olmalıdır. Gömrükdə indi şəffaflaşdırma aparılır, onlar da işləyirlər. Dövləti aldatmaq olmaz, biz bilməliyik ki, bu mallar hardan gəlib hara gedir. Vergidən söhbət gedəndə hamının ağlına güzəşt gəlir. Dövlətə vergi verilməlidir ki, dövlət də öz xərclərini ödəsin. Bütün dünyada hamı vergi ödəməsi ilə fəxr edir və hökumətdən verdiyi verginin hara xərclənməsi barədə hesabat tələb edir. Ona görə də sənəd, sənədləşmə olmalıdır. Neçə illərdi nağdsız hesablaşlamarla bağlı təbliğat aparılır, amma azalmır. Nağdsız ödənişlərə güzəştlər də edilir, iki il əvvəl büdcə buna hazır deyildi və təsdiqləməmişdi. Amma bu gün hazırdır və tətbiq edilir. 1999-cu ildən kənd təsərrüfatına güzəştlər edilir. Bu güzəştlərin məbləği milyardlarla manatdır".
***
Əmək haqlarının real məbləğdə rəsmiləşdirilməməsi problemindən danışan nazir müavini əlavə edib ki, bu məsələ hələ də tam həllini tapmayıb:
"Neçə ildir baş nazirin müavinin rəhbərliyi ilə komissiya yaradılıb, işlər görülür, amma heç bir dəyişiklik yoxdur. Olsa da, çox cüzidir.
Kölgə iqtisadiyyatı dedikdə elə bilirlər bu ancaq bizdə, MDB-də var. ABŞ-da kölgə iqtisadiyyatı 9 faiz, İsveçrədə 10 faizdir. Bu bütün dünyanın problemləridir. Bizdə neft sektorunda nizam intizam qaydasındadır, yayınmalar özəl sektorda həddindən artıq çoxdur.
Bizdə işini normal, qanun çərçivəsində quran sahibkarla digərləri, qanundan yayınanlar problem yaradır. Onlar əmək haqlarını düzgün rəsmiləşdirmirlər.
Büdcədən 1,5 milyard manat ayrılıb ki, pensionerlər yaxşı təqaüd alsınlar. Ondan əvvəl sahibkarlar verginin dərəcəsindən yox, sosial ayırmalardan şikayət edirdilər. Dövlət bu sahədə də sahibkarlara güzəştlər etdi.
Elektrik avtomobillərinin idxalına güzəştlər verilib. Amma ölkədə 100-dən bir qədər çox elektromobil var. Bu sahəyə maraq yoxdur, insanlarda düşüncə dəyişdikcə, elektromobillərə maraq artdıqca güzəştlər də artırıla bilər.

Murad Əhməd