Bakıdakı 102 nömrəli tam orta məktəbdə yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya doktoru professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Öncə Mir Cəlal Paşayevin həyatı ilə bağlı hazırlanmış fotoslayd təqdim olunub.
Tədbiri məktəbin direktoru Mailə İsmayılova açaraq ölkəmizdə görkəmli yazıçıların, ədiblərin, böyük şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində keçirilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. “Görkəmli şəxsiyyətlərin yubileylərinin ölkəmizdə qeyd olunması onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsidir. Eyni zamanda onların fonunda yenidən ədəbi prosesi, elmi-ictimai fikri dirçəltmək, qabağa aparmaq məqsədi daşıyır”, – deyən direktor bu cəhətdən görkəmli yazıçı, böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevə həsr olunan konfransın önəmini vurğulayıb. Bildirib ki, bugünkü tədbir görkəmli ədibin xatirəsinə ədəbi ictimaiyyətin ehtiramının ifadəsidir və müstəqillik dövründə onun irsinə yenidən qayıdışı diqqət mərkəzinə çəkmək baxımından əhəmiyyətlidir.
M.İsmayılova XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutduğunu deyib. O, Mir Cəlal Paşayevin yaradıcılığının xarakteristikasının cəmiyyət məsələlərindən daha çox insana həsr olunduğunu bildirib: “Alim əsərlərində keçməkeşli taleyə malik sadə insanların obrazını yaradaraq, onların dərin mənəviyyatdakı işığını, insanlığını böyük ədəbiyyatın mövzusuna çevirib. Onun əsərlərində həyatın reallıqları, insanın mənəvi dünyası öz inikasını tapıb”.
Mir Cəlal Paşayevin görkəmli ədib, pedaqoq, həm də insanpərvər bir şəxsiyyət olduğunu söyləyən Mailə İsmayılova ədibin “Bir gəncin manifesti” romanını ədəbiyyatda insana münasibətin həmin dövrdəki manifesti kimi dəyərləndirib. Bildirib ki, Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə verib.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə elmləri doktoru Mələk Süleymanova, tədbirin təşkilatçısı Lyuba Şükürova Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı xidmətlərindən danışıb, onun Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutan yazıçı kimi tanındığını, bir çox kitabların müəllifi olduğunu vurğulayıblar.
Sonda yazıçının ssenari müəllifi olduğu “Bir ailə” filmindən fraqment təqdim olunub.

Rəşad ZİYADOV