Dekabrın 17-18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatlari” mövzusunda IX beynəlxalq elmi konfrans keçiriləcək.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Beynəlxalq Fotosintez Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə nüfuzlu alimlərin fotosintez prosesinin və hidrogen enerjisinin tədqiqi ilə bağlı məruzələri dinləniləcək, müzakirələr aparılacaq.
Görkəmli alimin 90 illik yubileyi münasibətilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Akademik Cəlal Əliyev qiraətləri”nin keçirilməsi də nəzərdə tutulub.
Tehsil-press.az