Mir Cəlal Paşayevin ev müzeyi ziyarət edilib

Mir Cəlal Paşayevin ev müzeyi ziyarət edilib Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun bir qrup ziyalı və məktəbliləri yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ev müzeyini - “Ədibin Evi”ni ziyarət ediblər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və ziyarətçilər yaradılan şəraitlə yaxından tanış olublar.
Mir Cəlal Paşayevin elmi-ədəbi irsi ilə qonaqları tanış edən “Ədibin Evi”nin nümayəndəsi Elnur İmanbəyli bu mədəniyyət ocağının Milli Arxiv İdarəsi, Milli Kitabxana ilə sıx əlaqə yaradaraq Mir Cəlalın səs yazılarını, əlyazmalarını bir araya gətirərək ədibin yaradıcılığının araşdırılmasını oxucular və tədqiqatçılar üçün əlçatan etməyə çalışdığını xüsusilə vurğulamışdır. Mir Cəlal Paşayevin yaradıcılığına həsr edilmiş kinofilmin nümayişindən sonra, ədəbiyyatşünaslığın incisi hesab edilən bir çox əsərlərin qələmə alındığını bu məkanla tanış olan qonaqlar yazıçının yaradıcılığı ilə bağlı onları maraqlandıran sulları səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər