Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun “Mətn və diskurs tədqiqatları” (Studies in Text and Discourse) adlı kitabı işıq üzü görüb.
Böyük Britaniyanın “Cambridge Scholars” nəşriyyatında çap olunan kitab ön söz və 4 fəsildən ibarətdir. Fəsillərdə Mətn və diskurs linqvistik tədqiqatlar kontekstində (Text and Discourse in the Context of Linguistic Studies), Mətn dilçiliyindən diskurs təhlilinə doğru (From Text Linguistics to Discourse Analysis), Diskurs və cəmiyyət (Discourse and Society), Diskurs və representasiyalar (Discourse and Representations) mövzularından bəhs olunub. Hər fəsildə mövzunun izahından sonra şəkil və yazı materialları, icmal və mövzunun mənimsənilməsi üçün suallar verilib. Kitabın sonunda ad və məzmun göstəriciləri, eləcə də testlər yer alıb.
Kitabda mətn və diskurs tədqiqatları ilə əlaqəli bir çox nəzəri və praktiki məsələlər əhatə olunub. Kitab bu anlayışlara struktur, funksional və koqnitiv baxımdan mövcud olan müxtəlif yanaşmaları bir araya gətirir. Son illərdə geniş müzakirə obyektinə çevrilən bu araşdırmalar əsasən bir dil və diskurs tiplərində aparılıb. Bu işdə isə müxtəlif tip və janrlara aid Amerika, Britaniya, Azərbaycan, fransız və rus diskurslarındakı mətnlərin təhlili ön plandadır. Xüsusi diqqət praqmatik və koqnitiv aspektlərə yönəlib və bu cür yanaşma, nəinki qlobal və lokal (mədəni) kimliklər, həmçinin onların diskurs tipləri və janrlarının özəl xüsusiyyətlərini aşkarlamağa yardım edir. Kitabda qloballaşma və mədəniyyətlərarası ünsiyyət prosesinin öyrənilməsində mətn və diskurs tədqiqatlarının hansı rol oynaya biləcəyinə də diqqət yetirilib.
Qeyd edək ki, professor Azad Məmmədovun tədqiqat marağı Diskurs tədqiqi, Koqnitiv dilçilik və Tərcüməşünaslıq sahələridir. O, bir çox kitabların və beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrin müəllifidir.
ADU-nun Mətbuat Xidməti