Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin ictimaiyyət nümayəndələri, eləcə də təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə valideyn şurası, ictimai və tələbə nəzarət qrupları yaradılıb, Universitetdə imtahan sessiyasının başlanılması ilə əlaqədar olaraq ictimai və tələbə nəzarət qruplarının üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əvvəlki illərdə olduğu kimi cari imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi məqsədilə müvafiq qrupların yaradılmasının zəruriliyi, imtahan sessiyasının valideynlər, ictmiaiyyət nümayəndələri, mətbuat, bütövlükdə cəmiyyətin hər bir üzvü üçün açıq elan olunduğunu bildirməklə, qrup üzvlərinə universitet həyatında fəal iştirak etmələrini tövsiyə edib.
İctimai nəzarət qrupunun üzvlərindən “Məktəbgushesi.az” internet portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, “Təhsil-Press.az” İnformasiya Agentliyinin təsisçisi və baş direktoru Əkbər Hüseynzadə, “Respublika qəzeti”nin bölgə müxbiri Zabit Xəlilov çıxış edib, ADAU-nun ictimaiyyət nümayəndələri üçün həmişə açıq olduğunu, imtahan sessiyasına ictimai nəzarətin vacibliyini və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini bildiriblər.
Tələbə nəzarət qrupunun üzvlərindən “dizayn” ixtisası üzrə ikinci kurs tələbəsi Ağgül Əhmədova və başqaları çıxış edərək tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsini çox yüksək qiymətləndirdiklərini bildiriblər.
Sonra qrup üzvləri ilə fəaliyyət planı, həyata keçiriləcək gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

ADAU-nun Mətbuat Xidməti