Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişi ilə tanış olublar.
Şura üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, o cümlədən imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.
Şura üzvləri qiyabi təhsil alan tələbələrin dərs prosesində də iştirak ediblər. Tələbələrə İctimai Nəzarət Şurasının üzvləri və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, tələbələr təhsil prosesi və imtahanlarda qarşılaşdıqları bütün neqativ hallar barədə şuraya istənilən vaxt müraciət edə, eyni zamanda, “Açıq qapı” günlərində onlarla görüşə bilərlər.
UNEC-in Mətbuat Xidməti