ADAU-nun rektoru fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşür

ADAU-nun rektoru fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşür Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onunların rəy və təkliflərini dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və daha səmərəli qərarlar qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi, növbəti görüş fakültələrdə akademik məsləhətçi xidmətinin, tələbə təşkilatlarının və kurs nümayəndələri ilə keçirilir. Görüşün məqsədi universitet həyatında tələbə təşkilatlarının rolunun artırılması, tələbələrin akdemik hüquqlarının qorunması, asudə vaxtın səmərəli təşkili, universitetin maddi-texniki bazasından, idman qurğularından istifadə səviyyəsinin artırılması, elmi tədqiqat, elmi-təşkilati işlərində və beynəlxalq mübadilə proqramlarında fəal iştirak, könüllülük fəaliyyəti, startap layihələrinə dəstək, bütövlükdə universitet üzrə tələbə təşkilatlarının fəaliyyətinin koordinasiyası kimi məsələlər müzakirə olunur.
Universitetin rektoru bildirib ki, universitetin idarə olunması prosesində qəbul olunan qərarların səmərəliliyi tələbələrin təklifləri nəzərə alınmasından əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, bu kimi görüşlərin sayının artırılması obyektiv zərurətdir.
Qeyd etmək lazımdır ki, tələbələrin təkliflərini daha yaxından dinləmək, qaldırılan məsələləri operativ həll etmək məqsədilə universitetin inzibati binasında rektorun tələbələr üçün qəbul günləri də təşkil olunub.
Açıq müzakirə formasında təşkil olunan görüşlərdə tələbələrin təklifləri dinlənilir, müvafiq bölmələrin rəhbərlərinə, fakültə dekanlarına tapşırıqlar verilir.

ADAU-nun Mətbuat Xidməti



ADAU-nun rektoru fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşürADAU-nun rektoru fakültələrdə tələbə təşkilatlarının nümayəndələri ilə görüşür

Oxşar xəbərlər