Zavodda partlayış 6 nəfərin həyatına son qoydu

Zavodda partlayış 6 nəfərin həyatına son qoydu Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
Hadisə nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.
Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.
Polisin verdiyi məlumata əsasən, partlayışa səbəb zavoddakı qurğulardan birində yerləşən nasazlıq olub. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər