“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdir və şirkətdə Vergilər Nazirliyi tərəfindən mütəmadi cari yoxlamalar aparılır. Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır”.
Bu barədə SOCAR-dan "Report"a Vergilər Nazirliyinin yoxlamaları ilə bağlı verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, SCOAR dövlətin əsas vergi ödəyicisi olduğu üçün bu cür yoxlamalar daha əvvəl də tez-tez həyata keçirilib ki, bu da təbii haldır.
Məlumatda deyilir ki, yoxlamalar keçirməklə Vergilər Nazirliyi sadəcə özünün birbaşa funksiyasını icra edir: “SOCAR isə Vergilər Nazirliyinin yoxlamalarına qarşı daim açıq olub və olacaq. Bundan əlavə olaraq, SOCAR həm də ictimaiyyətə qarşı şəffaflığı təmin etmək üçün öz təşəbbüsü ilə dünyanın aparıcı audit şirkətlərindən biri olan “Ernst&Young” şirkəti ilə artıq uzun illərdir əməkdaşlıq edir və həmin şirkət hər il dərc edilən SOCAR-ın maliyyə hesabatlarını yoxlayır, təsdiqləyir və həmin obyektiv və neytral yoxlamadan sonra hesabatlar ictimaiyyətə təqdim olunur. Bununla da SOCAR öz hesabatlarının yüksək şəffaflığını və dəqiqliyini təmin edir”.
Tehsil-press.az