Azərbaycan Dövlət Dəniz Akademiyasında bakalavr pilləsi üzrə 1110 əyani, 65 qiyabi tələbə təhsil alır. Magistr pilləsi üzrə isə 27 tələbə təhsil alır.
Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil prosesinin yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün göstəricilərə kəmiyyət baxımından deyil, keyfiyyət baxımından yanaşılır. Bu baxımdan tədrisin iki vacib iştirakçısı olan professor-müəllim və tələbə heyətinə yeni tələblər işlənib hazırlanıb. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün Akademiyanın prorektorlarının və dekanlarının rəhbərliyi altında semestr boyu nəzarət dərsləri təşkil edilir. Bununla yanaşı, tədris olunan fənnin keyfiyyəti haqqında tələbələrin rəyini öyrənmək məqsədilə sorğu aparılır.
Tədrisin əsas və yekun meyarı olan imtahan prosesi iki formada həyata keçirilir: ixtisas fənləri yazılı formada, ümümpeşə hazırlıq fənləri isə test formasında imtahan edilir. Öncəki illərdən fərqli olaraq, 2017-ci ildə test formasında keçirilən imtahanlarda tələbə imtahanın nəticələrini və imtahanqabağı balları imtahanı sonlandırdıqdan dərhal sonra monitorda görür. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə həm müəllimlər, həm də tələbələr üçün müvafiq təlimatlar hazırlanmış, sessiya dövründə fənn müəllimləri və imtahan nəzarətçiləri məlumatlandırılıb. İmtahanların şəffaflığını təmin etmək məqsədilə imtahan otaqlarında nəzarət kameraları yerləşdirilib. Həmçinin valideynlərin iştirakına şərait yaradılır. Obyektivliyi təmin etmək üçün yazı işləri fənni tədris edən müəllimlə yanaşı digər əməkdaş tərəfindən də yoxlanılır.
2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə komissiya və “Qaynar xətt” yaradılıb.
Kəmalə Rəhimli