Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən otaqlarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasını izləyiblər. Şuranın üzvləri tələbələrin sessiyaya hazırlığı, sualların tərtibi, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.
Rektor Ceyhun Məmmədov İctimai Nəzarət Şurasının üzvlərinə imtahan prosesi barədə ətraflı məlumat verib, sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah yaradılıb. Ceyhun Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi və test formasında keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb. Diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə institut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. İmtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilir. İmtahanlar arasında 2 gündən az olmayan müddət təyin edilib, imtahan üçün 2 saat vaxt ayrılıb.
Qeyd olunub ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazım olan şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb. Hər gün imtahanlar yekunlaşdıqdan sonra qutular açılaraq, tələbələrin şikayətlərinə baxılır və problemlər həll olunur.
Xatırladaq ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, universitet əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verilməsini təmin etməkdən ibarətdir.
Aİİ-nin Mətbuat Xidməti