Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.
Dekabrın 13-də şuranın ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub.
Şura üzvləri iclasdan sonra rektor Ceyhun Məmmədovla görüşüblər.
Cəmiyyətdə təhsilin xüsusi rolunu vurğulayan rektor Aİİ-nin məqsəd və vəzifələri haqqında məlumat verib. Bildirilib ki, bu sahədə qazanılan nailiyyətlər Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
C.Məmmədov, həmçinin Aİİ-də imtahanların təşkili haqqında da məlumat verib. O qeyd edib ki, imtahanlar yazılı formada aparılmaqla yanaşı, zərurət olduğu hallarda, bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.
Sonra tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilmələri, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd olunub ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, ali məktəbin əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmini üçün təkliflərin verilməsindən ibarətdir.

Aİİ-nin Mətbuat Xidməti