Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlərdən ibarət imtahan müşahidə şurası yaradılıb. Bu barədə biznes və menecment fakültəsində valideynlərlə keçirilən görüşdə qərara alınıb.
Fakültə rəhbərliyi və fakültə imtahan nəzarət komissiyasının üzvlərinin iştirakı ilə keçirilən görüşün əsas mövzusu qış imtahan sessiyası ilə bağlı olub.
Fakültə dekanı dosent Mirağa Əhmədov UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də imtahanlara nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Bütün tədris binalarında qərargahlar yaradılıb, “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Bundan başqa, imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektor və İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
UNEC-də son illər baş verən müsbət yenilikləri izlədiklərini bildirən valideynlər övladlarının burada savadlı və bacarıqlı mütəxəssis kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər.
Sonra valideynlərdən ibarət imtahan müşahidə şurasının üzvləri imtahan prosesini izləyiblər.

UNEC-in Mətbuat Xidməti