Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) elmi seminar keçirilib.
Seminar Nazirlər Kabinetinin 2018-ci ilin ilk 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş iclasında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunub.
Seminarda İAETİ-nin direktoru, professor Yadulla Həsənli 2018-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının qısa şərhini verib.
İAETİ-nin böyük elmi işçisi, dosent Elman İbişov ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulda və qeyri-neft sektorunda artım faizini açıqlayıb, o cümlədən xarici ölkələrlə ixrac və idxal əməliyyatları nəticəsində müsbət ticarət saldosunun yarandığını qeyd edib. Məruzəçi həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əhalinin gəlirlərinin artım tempinin inflyasiyanı 6,3 faiz üstələdiyinə diqqət çəkərək, ölkənin valyuta ehtiyatlarının 44,3 milyard dollara çatdığını bildirib.
E.İbişov iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən dəyişiklərin ölkənin sosial iqtisadi inkişafına verə biləcəyi töhfələrdən də bəhs edib. O, ölkədə qeyri- neft sektorunun inkişafını, ixrac potensialını artırmaq məqsədilə rəqabətqabliyyətli məhsulların istehsalını təmin etmək üçün transmilli korporasiyalarla əməkdaşlığın vacibliyini vurğulayıb.
UNEC-in Mətbuat Xidməti