Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək və UNİCEF tərəfindən Təhsil Nazirliyi ilə tərəfdaşlıq şəraitində icra ediləcək “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinski, UNİCEF-in təhsil proqramı üzrə koordinatoru Leyla Həsənova, layihə çərçivəsində kadr hazırlığı üzrə UNİCEF-in beynəlxalq eksperti Peter Grimes və başqaları iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ADPU-nun müasir universitet səviyyəsinə gətirilməsi üçün beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici layihələrdə iştirak etməsi olduqca vacibdir. ADPU-nun inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Layihənin səmərəli işləməsi üçün görülən işlərin nəzərdən keçirilməsi, təhlillərin aparılması məqsədəuyğundur. ADPU bu layihəyə dəstək verməyə hazırdır.
UNİCEF-in təhsil proqramı üzrə koordinatoru Leyla Həsənova görüşə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və bildirib ki, görüşün keçirilməsində məqsəd layihənin icrası zamanı nəzərdə tutulan tədbirlərin detallarını müzakirə etməkdir.
Layihə çərçivəsində kadr hazırlığı üzrə UNİCEF-in beynəlxalq eksperti Peter Grimes çıxış edərək bildirib ki, ötən il Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsili, onlarla davranış qaydaları və ehtiyaclarının öyrənilməsi ilə bağlı tədqiqat aparılıb. Mövcud vəziyyət öyrənilib, qarşıda duran vəzifələr müəyyən edilib. İnklüziv təhsil fərqli, xüsusi bir təhsildir və keyfiyyətli təhsillə eyni məzmuna malikdir. Ali və orta təhsil sahəsində bu işin vahid şəkildə aparılması vacibdir. “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin məqsədi bu sahədə çalışan müəllimlərə dəstək verməkdir. Layihə bütün tərəfdaşlarla birlikdə açıq, şəffaf, müzakirə şəraitində icra olunacaq, mövcud vəziyyət nəzərə alınaraq konkret nəticələrin əldə edilməsi hədəf kimi müəyyən ediləcək. Layihənin icrası zamanı 100-ə yaxın ustad-təlimçilər hazırlanacaq və onlar sınaqdan keçiriləcək. Layihə müəllimlərin bilik və bacarıqlarını və təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Layihə çərçivəsində ADPU-nun da 5 nəfər müəlliminin daxil olduğu İşçi qrupu yaradılacaq. ADPU bu prosesdə xüsusi yer tutur.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov inklüziv təhsil və yenidənhazırlanma təhsili sahəsində tədris planlarının hazırlanmasında ADPU-ya qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəstək verilməsinin vacibliyini vurğulayıb.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinski çıxış edərək layihənin mühüm və uğurlu olduğunu bildiriblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi