Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) cari tədris ilində yanvar ayının nəticələrinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və perspektivləri müzakirə olunub. Rektor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının müvafiq Sərəncamı əsasında Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.
İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunu, növbəti semestrə hazırlıq, müəllimlərin işə qəbulu məsələlərindən söz açıb.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov xarici universitetlərlə əlaqələrin qurulması, tələbələrin yay tətili zamanı xarici ölkələrdə təşkil ediləcək məktəblərdə iştirakı istiqamətində görülən işlərdən danışıb.
İlahiyyat fakültəsinin kafedra müdiri Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. O, payız semestri zamanı görülən işlər, qarşıya çıxan problemlər və həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.
Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitab nəşri, elmi məqalələrin dərc olunması ilə bağlı görülən işlər və nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.
İnstitutun tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesindəki yeniliklərdən, sessiya zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, operativ qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova doktoranturaya qəbul planı, proqramların hazırlanmasından bəhs edib.
Kadrlar şöbəsi və dəftərxana müdiri Yusif Əsgərov işə qəbul olunma, işdən çıxma qaydaları, dəftərxanada görülən işlər barədə ətraflı məlumat verib.
Aİİ-nin Mətbuat Xidməti