Masallı təhsilində nə baş verir

Masallı təhsilində nə baş verir Ölkəmizdə təhsilin, elmin inkifaşı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdu. İstər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan hər il təhsilə, onun inkişafına külli miqdarda vəsaitlər ayrılır.
Yeni məktəb binaları tikilir, həmin məktəblər nüasir maddi-texniki avadanlıqlarla təhchiz olunur və müəllimimizin, şagirdlərimizin ixtiyarına verilir. Bu yeniliklər barədə çox danğışmaq olar. Ancaq çox təəssüf ki, illər uzunu təhsilin başında əyləşən və təhsili belə desək öz manopoliyasına çevirən, bu sahəni özü üçün gəlir mənbəyi bilən bəzi üzdən iraq rəhbərlər öz vəzifə borclarını nədənsə layiqli yerinə yetirmirlər yaxud onlar öz məsuliyyətlərini çox güman ki, hələ də anlaya bilmirlər.
Masallının rayonunun Ərkivan kəndi təkcə Masallının yox, ölkəmizin ən böyük kəndlərindən biridir. Burada 4 tam orta, bir natamam orta məktəb var. Söhbət açacağımız məktəb isə Masallı rayon Ərkivan kənd 3 saylı tam orta məktəbdir. Bu məktəbdə 473 nəfər şagird təhsil alır, onların təlim-rətbiyəsi ilə 43 nəfər müəllim məşğul olur. Ancaq təəssüf ki, düz üç ilə yaxındır ki, bu məktəbin direktoru yoxdur. Əslində var; Bəs bu direktor kimdir?
Babayev Rahib Əkbər oğlu, uzun müddət Rusiyada yaşayan Rahib müəllim vətənə dönəndə təhsil şöbəsində inspektor kimi işə düzəlib. Və üç ilə yaxındır ki, Masallı rayonu Ərkivan kənd 3 saylı tam orta məktəbində direktoru (necə deyərlər distant) əvəz edir. Ancaq direktor ola bilmir və nə də ki, direktor maaşı ala bilmir. Ömründə bircə dəfə də olsun əlinə jurnal alıb sinif otağına girməyən Rahib müəllim dəfələrlə direktor olmaq arzusuna düşüb imtahan verməyə cəhd etsə də buna nail ola bilməyib, çünki müvafiq balı toplaya bilməmişdi. Ancaq bütün bunlara baxmayaraq rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov onu necə olursa-olsun direktor görmək istəyir və bu arzusunu gerçəkləşdirmək üçün inadından dönmür. Belə demək mümkünsə əlliyə yaxın kollektivi olan bu məktəbdə direktor tapmaq müşkül işə dönüb. İşi təhsil şöbəsində olan, adı məktəbdə direktor kimi yazılan Rahib müəllim direktor maaşının da yolunu tapıb. O, hər ay müəllimlərdən on manat, texniki işçilərdən isə 5 manatdan toplatdıraraq özünə maaş da formalaşdırıb. Bunu müəllimlər belə deyir, hətta Rahib müəllim özünə yaxın bildiyi müəllimlərə dərs yükü yazdıraraq oradan da öz “qazancını” formalaşdırıb. Beləliklə adı və dadı özünə qalan direktor istənilən ştatlı direktorlardan heç də az məvacib və gəlir əldə etmir. Nə deyək, bacarana can qurban. İmkan, şərait varsa niyə də etməsin...
Onu da qeyd edək ki, Masallı rayon təhsil şöbəsi müdiri Tariyel Əkbərovdan dəfələrlə təhsil naziri Ceyhun Bayramova, eləcə də aidiyyatı qurumlara dəfələrlə şikayətlər olmuşdur. Belə şikayətlərdən biri Masallı rayonunun bir qrup məktəb direktorları təhsil naziri Ceyhun Bayramova ünvanlandırdıqları müraciətidir. 15 noyabr 2018-ci ildə Tərəf.az info saytına gedən həmin şikayətdən bir parçanı ixtisarla olsa da oxucularımıza təqdim edirik:
Məktəb direktorları rayon təhsil şöbəsində neqativ halların, özbaşınalığın olduğunu yazırlar və nazirdən kömək istəyirlər,
Müraciətdə deyirlər:

Masallı təhsilində nə baş verir

Cənab nazir!
Masallı rayon Təhsil şöbəsinin müdiri Əkbərov Tariyel İntiqam oğlu 1996-cı ildə qəbul imtahanında cəmi 47 bal (?..) toplayaraq AzərbaycanMemarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir. Hərbi xidmətdən sonra rəsmi olaraq Masallı rayon icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis vəzifəsində işləmişdir. Masallı RİH işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq " riyaziyyat və informatika müəllimi" ixtisasına yiyələnmişdir. Masallı RİH işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra - 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyeli Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna atır. Mudir müavini kimi illərlə "Dövlət Qulluğuna qəbul" imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilmişdir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnmişdir. İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil almışdır. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4- cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel ikinci ali təhsili necə almışdır?
Əsl faciə isə 2016-cı ildə baş verdi. Masallı kimi həssas, ziyalı bir rayonun Təhsil Şöbəsinin müdiri vəzifəsinə Əkbərov Tariyel kimi savadsız, əxlaqsız və əyyaş bir adam təyin edildi. Bu təyinat 220 minlik Masallı əhalisinə və pedaqoji ictimaiyyətinə təhqir idi. Savadsızlığını yuxarıda diplomları haqqında dediklərimiz təsdiq edir. "Xahiş" sözünü "xayiş" kimi yazan adam hansı savadın yiyəsi olmalıdır? Belə bir savad yiyəsi müəllimləri savadsızlıqda günahlandırırsa, bu, təkcə Masallı təhsili üçün deyil, ümummilli Azərbaycan təhsili üçün faciə və təhqirdir. Əxlaqsızlığı və əyyaşlığı isə bütün rayon əhalisinin gözü qarşısında baş verir.
Bu təyinatdan sonra Əkbərov Tariyelin, biz direktorların başına açmadığı oyun qalmadı. Artıq elə bir vəziyyət yaranmışdır ki, hər an partlayış baş verə bilər. İstər müavin olduğu istərsə də, müdir işlədiyi illərdə hamımızı cinayət bataqğlığına sürükləmişdir. Məqsədi, amalı ancaq rüşvət almaq, pul toplamaqdır. İşimizi itirmək və yersiz yoxlamalar qorxusundan adımızı qeyd edə bilməsək də, fərdi şəkildə direktorlardan soruşsanız, əksəriyyət burda yazılanları təsdiq edəcək...."
Əkbərov Tariyel 2018-i il yanvar ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Təftiş Komissiyasının (KRU) apardığı yoxlama qrupuna vermək adıyla rayonun 65 tam orta məktəbinin hər birindən 5000 manat, 30 ümumi orta məktəbin isə hər birindən 3000 manat pul yıgdirdı. Bu pulu ödəmək ücün biz direktorlar Kapitalbankın Masallı filialından kütləvi şəkildə kredit götürməyə məcbur olduq. Əksəriyyətimiz hələ də həmin kredit yükü altıda əzilirik.
Həmin ilin fevral - mart aylarında Əmək Müfəttişliyinə vermək adıyla tam orta məktəblərdən 250 manat, ümumi orta məktəblərdən isə 150 manat pul yığıldı. Əmək müfəttişliyi rəhbərliyinin sözlərinə görə, onlara həmin puldanl manat da çatmayib. Cari ilin aprel-iyun aylarında bu məqsədlə yenidən bütün məktəblərdən 150 - 200 manat pul yığıldı.
Aprel ayındn başlayaraq, məktəblərin aylıq əmək haqqından yığılan töycü şəkilli rüşvət Əkbərov Tariyeli qane etmədiyi sebəbindən, tam orta məktəblərdən yığılan rüşvətin miqdarını 100 manatdan 220 manata ( 20 manat rəqs pulu), ümumi orta məktəblər üzrə isə 50 manatdan 120 manata qaldırdı.
İyun ayında 10-a yaxın məktəbdə əsassız yoxlamalar keçirmiş, hər direktordan 1500, direktor müavinlərindən isə 1000 manat pul alınaraq, gözdən pərdə asmaq üçün müdiryanı şura keçirilmiş və həmin məktəb rəhbərləri haqqında intizam tənbehi tətbiq edilmişdir.
İşlədiyi müddət ərzində dəfələrlə ümumtəhsil məktəblərində çalışan kitabxanaçı, laborant və UBR rəhbər əri, psixoloqlarla iclas keçirib onları işdən çıxaracağı ilə hədələyib, hər birindən 100 manat pul tələb edərək yığdırmışdır.
Bütün bunlar azmış kimi, məzuniyyət dövründə tam orta məktəblərdən 440 manat, ümumi orta məktəblərdən isə 240 manat (iki ayliq) rüşvət yığılmışdır.
2016-cı ildən başlayaraq, ixtisas balı az olan müəllimləri kütləvi surətdə işdən azad etmiş, onların yerinə qanunsuz olaraq 200-ə yaxin müəllimin hər birindən 1500 -2000 manat alaraq,bizi onlarla müvəqqəti müqavilə bağlamağa məcbur etmişdir.
Direktorların işə qəbulunda imtahan verərək vakant yerlərə namizəd olan müəllimlərin hər birindən 10 min manat pul tələb edir. Pulu verməyən adamları imtahanın müsabiqə mərhələsində vurdurur və təyinat almağa imkan vermir. Bu, cənab nazir, sizin yanınızda, demək olar ki gözləriniz qarşısında baş verir. Halbuki Siz, işə qəbulda ədalət prinsipini və şəffaflığı təmin etməyə çalışırsınız.
Son illərdə rayonda ali məktəblərə qəbul olunan abituriyentlər arasında 600 və daha yüksək bal toplananların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tamamilə Əkbərov T. "xidmət sayəsində mümkün ölmüşdür. Belə ki, həmin şagirdlərin coxu Bakı məktəblər "dən "transfer" olunan şagirdlərdir ki, bir gün də məktəbə gəlməmiş, hətta bəzi ər nəinki "oxuduğu" məktəbi tanımır, bəlkə də Masallının hansı zonada yerləşdi. ini bilmir. Amma həmin şagirdlərin hər birinə görə Bakıdan Masallıya "transfer' olunması üçün Əkbərov T. 1500- 2000 manat rüşvət almışdır. Məlumunuz olsun ki, qa-unsuz olaraq yığılan qəzetlərə abunə pulunun ən azı 50% -i RTŞ müdirinə çatır. 3u məbləğ isə ildə iki dəfə yığılmaqla, ümumilikdə 140 min manatı keçir. Halbuki qonşu rayonlarda bu pulun miqdarı təqribən 5 dəfə azdır. 11 sinfi olan məktəbin abunə haqqı digər rayonlarda 150, Masallıda isə 750 manatdır. Biz məktəb direktorları yerli "Yeni həyat" qəzetinə son 6 ayda 4 dəfə abunə olmuşuq. Abunə pulları Əkbərov T. tərəfindən hər dəfə mənimsənildiyinə görə abunə kompaniyası arası kəsilmədən bu günə qədər məcburi qaydada davam edir.
Tarifləşmənin təsdiq olunması ücün hər bir məktəbdən 200 manat pul tələb edilir. Abunə pullarını və tarifləşmə üçün tələb olunan məbləği almaq məqsədilə hər gun saat 2-də bizi kabinetə çağırtdırıb 15-20 nəfəri bir yerdə qəbul edərək hədə-qorxu gəlir, təhqir edir. Eyni zamanda axşamlar içki məclislərinə sərxoş olduqdan sonra, badə yoldaşlarının yanında nəyə qadir olduğunu göstərmək üçün gece 11-12 radələrində bizə zəng edərək təhqir edir, aşağılayır və yoxlama ilə hədələyir. Yuxarıda göstərilənlərin həqəqət olduğunu bilmək üçün, RTŞ-nin baş mühasibinin otağındakı haqq-hesab dəftərinə baxmaq kifayətdir. Həmin dəftər reallığı tam əks etdirir.
Həftədə ən azı iki dəfə çağırılan şura iclaslarında ancaq müxtəlif təyinatlı pul yığımından və lazımsız tədbirlərə şagird-müəllim kollektivlərinin iştirakının vacibliyindən danışılır. Məntiqsiz və mənasız cümlələrdən ibarət nitqi yalnız direktorları hədələmək, şəxsiyyətlərini aşağı salmağa hesablanır. Həmin iclaslarda tədrisin keyfiyyəti və inkişaf istiqamətləri barədə heç bir məsələ müzakirə olunmur. Saatlarla davam ed.n bu iclasların mahiyyəti tabeliyində olanları qorxu və təhdid altında saxlamaq istəyindən başqa bir şey deyil. Belə mənasız və lazımsız iclaslar bizi işimizdən ayırır, təhsilə sərf etməli olduğumuz zamanımızı məhdudlaşdırır.
İllərdir ki məktəblərin pedaqoji kollektivi, texniki heyəti, biz başda olmaqla həftədə bir neçə dəfə məcburi iməciliklərə çıxarılırıq. İməciliklərin məqsədi isə rayondakı küçə və meydanların, xüsusən idarə və təşkilatların, özəl müəssisə və dükanların qarşısını süpürüb təmizləməkdən ibarətdir. Qəbul edərsiniz ki, bu, müəllim və ziyalı üçün təhqirdir. Bizi nüfuzdan salan səbəblərdən biri də küçə süpürməyə məcbur edi diyimiz belə iməciliklərdir. Əkbərov Taryel yerində olmayan düşüncəsi və bacarıqsızlığı ucbatından Komunal Təsərrüfat İdarəsinin vəzifəsini biz yerinə yetiririk. Təhqiredici olsa da Masallı RTŞ,bu gün həmin idarənin "küçə təmizliyinə nəzarət" şöbəsi funksiyasını yerinə yetirir.
Hörmətli cənab nazir!
Son iki ildə Əkbərov Tariyel Bakı şəhərində 3 mənzil, Masallı rayonunun Ərkivan qəsəbəsində mülk almış, qiyməti 100 min manatla ölçülən avtomobilə sahib olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, Əkbərovun qanunsuz əməlləri haqqında sizə və digər səlahiyyətli orqanlara şikayət məktubları ünvanlansa da , baxılmamışdır. Həmin məktublar cavab vermək üçün RTŞ-nə göndərilmişdir. Əkbərov Tariyel bizi çağırıb məktublarda, əslində doğru olan faktları təkzib etmək üçün izahat yazmağa məcbur etmişdir. Beləliklə də, hemin məktublarda yazılanlar haqqında heç bir tədbir görülməmişdir. Artiq vəziyyət kritik həddədir. Sizdən , məktubda yazılan faktları araşdırmaq üçün göstəriş verməyinizi və məsələni şəxsi nəzarətinizə götürməyi xahiş edirik.
Bir daha qeyd edirik Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov haqqında bu deyilənlər Tərəf.az.info saytından götürülmüşdü. Necə deyərlər: “Babalı Sərvərin boynuna”. Direktorlar belə yazıb və cənab nazirdən kömək istəyiblər. Görünür hələ də bir nəticə də olmayıb, əgər olsaydı biz bu müraciətin hansı dərəcədə həqiqətə uyğun olub-olmadığını yəqin ki, bilərdik. Nə isə atalar deyib ki, nizəni cilovda gizlətmək olmaz. Bizim vəzifəmiz mətbu orqan olaraq haqlı bir işi aidiyyatı təşkilata, məsul şəxslərə çatdırmaqdır. Qaldı ki, Masallı rayon Ərkivan kənd 3 saylı tam orta məktəbdə direktorluq məsələsinə doğrudan da qəribədir, görəsən üç il ərzində bu məktəbə direktor tapmaq beləmi müşkül bir işdir, yaxud belə bir çətin, mürəkkəb məsələdir?
Rahib Babaəyev təhsil şöbəsində inspekıtor işləyir. İşləsin, xeyirli olsun, ancaq onun bu məktəbə qiyabi direktorluğu hansı qayda-qanuna uyğundur görəsən? Direktor olmaq üçün dəfələrlə test imtahanından keçməyə cəhd edən, heç bir nailiyyət əldə edə bilməyən Rahib müəllim nə üçün görəsən direktor kreslosunu buraxmaq istəmir. Təhsil şöbə müdiri Tariyel Əkbərov hansı nailiyyətlərə görə Rahib Babayevi direktor görmək istəyir? Bir halda ki, Rahib Babayev hələ də direktor ola bilmir, rəsmi olaraq direktor maaşı da ala bilmir. Qəribəlikdə elə bundadır. “Axırıncı aşırım” filmində Kərbəlayi demişkən: “Görəsən Abbasqulu bəyi bu işə vadar edən nədir?..” Təbii ki, bu cür qiyabi və məcburi təyinat həmin məktəbin müəllim kollektivini orada təhsil alan şagirdləri, onların valideynlərini narahat etməyə bilməz. Direktorsuz məktəb hələ də öz direktorunu gözləyir. Bir gün də olsun əlinə jurnal alıb sinif otağına qədəm basmayan
Rahib müəllim direktor olmasa görəsən nə olacaq ki?
İlk növbədə belə “direktorlara” pedaqoji təcrübə də lazımdır! Müəllimlərlə, şagirdlərlə işləmək üçün məktəb təcrübəsi də olmalıdır axı.
Biz də redakısiya olaraq bu problemi, eyni zamanda vaxtı ilə Tərəf.az in.fo saytında Masallının təhsil şöbəsi ilə bağlı gedən yazını ixtisarla dərc etdik. Məqsədimiz əslində kiminsə dərc etdiyi yazını təkrarlamaq, yaxud kiminsə yazısını olduğu kimi oxucularımıza təqdim etmək deyil. Burada söhbət nədən gedir. Hələ də bu gun Masallı təhsilində göründüyü kimi “bezprudel” öz qüvvəsində qalmaqdadır. Müəllimlər, valideynlər ölkənin təhsil nazirinə müraciət ünvanlayır, ondan kömək istəyirlər.
Biz də redaksiya olaraq bizə ünvanlanmış Masallının Ərkivan kənd 3 saylı orta məktəbin problemlərini cənab nazirimizə çatdırmağa çalışdıq. Bəlkə də illərdi direktor təyinatı müşkül bir məsələyə dönən bu məktəbə bir çarə tapıldı. Bu kollektivdə öz arzusuna çatdı.
Güman edirik ki, təhsil naziri cənab Ceyhun Bayramov bu məsələyə öz münasibətini bildirəcəkdir…
Mövzunu isə davam etdirəcəyik.

Təhsil.press.az
İnformasiya Agentliyi


P.S. Təbii ki, bu deyilən faktları biz redaksiya olaraq yoxlamalı, araşdırmalıydıq. Faktın doğru-düzgünlüyünü bilməliydik. Ancaq təəssüflər olsun ki, təhsil şöbəsinin müdiri Tariyel Əkbərovla əlaqə saxlaya bilmədik, onunla danışmağımız mümkün olmadı… Həmişə olduğu kimi müdir məşğuldur, işi var, vaxtı yoxdur və sair.
Ancaq redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Oxşar xəbərlər