Yunanıstanda yerləşən startap şirkətinin sahibi, kimya mühəndisi Zoi Kurnia “İngredio” adında mobil əlavəni təqdim edib. Onun vasitəsilə ərzaqlarda və kosmetikada zərərli maddələri aşkarlamaq mümkündür. Hər hansı məhsulun etiketini əlavə vasitəsilə skan edərək məhsulun nə qədər zərərli olduğu barədə məlumat almaq olur. “Kathimerini” qəzetinə verdiyi müsahibədə Z.Kurnia bildirib ki, müştərilərin çoxu ərzaqların və digər məhsulların təmizliyi və orqanizmə ziyanı barədə narahatdırlar. Onların üzərində yazıların çoxluğu və aydın olmaması çaşqınlıq yaradır. “İngredio” vasitəsilə onlar artıq düzgün və konkret məlumatı ala biləcəklər. Mobil əlavənin qoşulduğu və istifadə etdiyi məlumatlar isə Avropa Komissiyasının, Dünya Səhiyyə təşkilatı və Amerikanın milli səhiyyə institutlarından alınır.
İqbal Hacıyev