Nizami rayonundakı 229 və 328 saylı tam orta məktəblərdə, kimya-biologiya təmayüllü liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniya ən ağır zərərli vərdişdir” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Həmin tədbirlərdə zərərli vərdişlər, xüsusilə də narkomaniyanın ağır fəsadları, onun sağlamlığa vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib, sağlam həyat tərzinin üstünlükləri və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmasının zəruriliyindən bəhs olunub.
Tədris müəssisələrinin rəhbərləri çıxış edərək narkomaniya əleyhinə tədbirlərin şagirdlərin mənəvi və fiziki sağlamlığının formalaşdırılmasında böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Keçirilən tədbirlərdə narkomaniya barədə şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, izahatlar verilib.
Tədbirlərdə narkomanlıq və onun fəsadlarından, sosial bəlalardan bəhs edən videoçarx nümayiş olunub.

Hikmət Əliyev