Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra siyasi addımlarımızı daha inamla atırıq, ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq
Bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi.
Onu da deməliyəm ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələnə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirdiniz. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi".
İlham Əliyev əlavə edib ki, Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı: “Əsrin müqaviləsi”, – o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var? İqtisadi islahatlar aparılmışdır.
2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək. Əgər həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək".
Prezident bildirib ki, iqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni reallıqları ortaya qoydu:
"Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq”.
Tehsil-press.az