Deputat da məhkumların qaçmasından danışdı

Deputat da məhkumların qaçmasından danışdı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə xüsusi təyinatlı qatardan qaçan məhkumlardan danışıb.
O Tehsil-press.az-a açıqlamasında qeyd edib ki, Bakı-Astara-Bakı xüsusi təyinatlı qatardan məhbusların qaçması faktı ilə bağlı rəsmi qurumlar artıq açıqlama veriblər: “Belə ki, hər iki şəxs barəsində cinayət işi qaldırılıb və bu qanunauyğundur. Onlar barəsində Cinayət Məcəlləsinin 304.2 maddəsi ilə cinayət işi başlanılıb.
Bundan əlavə,ola bilməz ki bu qaçma prosesində vəzifəli şəxslərin iştirakından söhbət getməsin. Buna görə də CM-nin 308.2-ci maddəsi ilə də cinayət işi başlanılıb.
Bu məhkumların qaçması ilə bağlı qaldırılmış cinayət işinin daha operativ aparılması onların həbsindən sonra mümkün olacaq.
Onlara qaçması üçün hansısa bir şəraitin yaradılıb yaradılmadığı, səhlənkarlığın olması, qabaqcadan rəsmi şəxslərlə əlbir olub olmama kimi məsələlər tutulandan sonra aydın olacaq.
İndidən onların aparılıb gətirilməsi üçün məsuliyyət daşıyan Penitensiar Xidmətin əməkdaşlarını, istərsə də başqalarını günahlandırmaq tezdir. Fərziyyələr üzərində hansısa fikir söyləmək məqsədəuyğun deyil”.

Tehsil-press.az





Oxşar xəbərlər