Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək

Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək Xoca Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız, Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir, Türkiyə Məsdəniyyət Nazirliyinin nümayəndəsi Alim Qorkmaz Azərbaycan Milli Elmlər Akademiyasi Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, insititutun elmi işlər üzrə direktor müavinləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərmov, elmi katib, dosent Əzizaöa Nəcəfov qarşılamışlar. Akademik T.Kərimli qonaqlara institutda mühafizə edilən qədim yazılı abidələr, onların bərpası, elektronlaşdırılması, aparılan tədqiqat işləri barədə müfəssəl məlumat verib. Akademik Əlyazmalar İnstitutunun Ulu Öndər Heydər Əliyevin birbaşa göstərişi ilə yarandığını və fonddan böyük tədqiqat institutuna çevrildiyini bildirib. O, bu gün də institutun ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Sonra söz alan ildə Xoca Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız universitetin 1991-ci ildə, Qazaxıstanın yenicə müstəqilliyə başladığı bir dönəmdə yarandığını, bütün türk dünyasını əhatə etdiyinin bildirib. M.Yıldız tarixən türk dünyasının böyük hissəsinin Türküstan adı altında birləşdiyini, sonralar türk sözünün unutdurulması məqsədilə onun Orta Asiya kimi təqdim edildiyni xatırladıb. Universitetin əsas məqsədlərindən birinin türk dilini öyrətmək olduğunu qeyd edən M.Yıldız tələbələrin əksəriyyətinin bir il müddətinə hazırlıq keçdiyini və həmin dövrdə onlara türk dilinin öyrədildiyini vurğulayıb.
Görüşün sonunda AMEA Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutu ilə Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tərəflərin onlara məxsus fondlarda mövcud olan və Türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının birgə tədqiq və təbliğ edilməsini, bərpa və mühafizə olunmasını, həmin irsin rəqəmli fondunun yaradılmasını, müvafiq istiqamətlər üzrə birgə elmi-mədəni təcrübə mübadiləsi aparmağı nəzərdə tutur. Müqavilə 5 illik müddətə imzalanmış və gələcəkdə də qarışılıqlı razılıq əsasında onun müddətinin uzadıla biləcəyi qeyd edilib.
İmzalanma mərasimindən sonra qonaqlar institutun sərgi salonunda olmuş və xatirə kitabına ürək sözlərini yazmışlar.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək

Oxşar xəbərlər