Dekabrın 18-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib.
İclasda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov il ərzində görülən işlərlə bağlı məruzə ilə çıxış edib.
Hesabat məruzəsində şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, elmi ezamiyyətlər, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə bağlanan əməkdaşlıq müqavilələrinin icrası və digər məsələlər əhatə olunub. Məruzə ətrafında institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və elmi müəssisənin digər əməkdaşları çıxış ediblər.
Sonda AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Məmmədova çıxış edərək hesabatı yüksək qiymətləndirib və kollektivə uğurlar arzulayıb.
Hesabat qənaətbəxş hesab edilib.
Tehsil-press.az