25.02.2019-cu il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsilə bağlı tərtib etdiyi Tədbirlər Planına uyğun olaraq Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbir iştirakçıları Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra tədbirdə çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov Xocalıda erməni terrorçularının etdiyi vəhşiliklərdən söz açmış, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğulamış, xalq olaraq Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsini daim yaşatmalı olduğumuzu bildirmişdir. Ə.Ramazanovun çıxışından sonra Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” qrupunun hazırladığı “Könlüm keçir Qarabağdan” adlı bədii kompozisiya nümayiş olunmuşdur.
Sabirabad Regiona Mədəniyyət İdarəsinin
mətbuat xidməti
mətbuat xidməti