Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş  anım tədbiri keçirilib Azərbaycan Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində görülmüş işlər haqqında məlumat verilib.
Universitetin rektoru Səadət Əliyeva faciənin ağır nəticələri haqqında danışaraq 27 il bundan əvvəl Xocalı şəhərinin bir gecədə yerlə yeksan edildiyini, qadın, uşaq, yaşlı demədən yüzlərlə dinc sakinin böyük amansızlıq və qəddarlıqla qətlə yetirildiyini bildirib. Rektor faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda tanınması üçün aparılan ideoloji təbliğatın əhəmiyyətini qeyd edərək Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq konkret nəticələr verdiyini diqqətə çatdırıb.
Universitetin qonağı yazıçı, publisist, jurnalist, Qarabağ müharibəsi veteranı, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslim qızı “Xocalı soyqırımı şahidinin gördükləri” mövzusunda çıxış edərək faciə gecəsi yaşadığı və şahidi olduğu hadisələri tədbir iştirakçıları ilə bölüşüb. Soyqırımını beynəlxalq miqyasda tanıtmaq üçün var gücüylə çalışdığını və indiyə qədər 4 sənədli film hazırladığını bildirən qonaq tələbələri informasiya müharibəsində aktiv və mütəşəkkil olmağa səsləyib.
İctimai elmlər kafedrasının dosenti Boran Əziz çıxışında bildrib ki, Xocalı soyqırımı Rusiyanın siyasi və hərbi gücü ilə erməni separatizminin və qəddarlığının birgə cinayətidir. Boran Əziz soyqırımının təkcə çatdırılmasının deyil, öyrənilməsinin də vacibliyini vurğulayıb və bu istiqamətdə hazırladığı kitablar haqqında məlumat verib.
Tədbir iştirakçıları sonda Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş “Xocalıda məhv olmuş 8 ailə” filmini izləyiblər. Sənədli film Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi tərəfindən lentə alınıb. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edir.
Gün ərzində isə universitet tələbələri üçün akt və konfrans zallarında “Xoca” filminin nümayişi təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş  anım tədbiri keçirilib

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş  anım tədbiri keçirilib

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş  anım tədbiri keçirilib

Oxşar xəbərlər