Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıb. Xocalı soyqırımının insanlığa qarşı törədilən cinayətlər arasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edən rektor 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib.
Millət vəkili, ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov Xocalı soyqırımının Azərbaycan xalqının sağalmayan yarası, qan yaddaşı olduğunu vurğulayıb. Millət vəkili Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində Azərbaycanın apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə illərdir ki, aparılan Xocalıya Ədalət kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev də çıxışında erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələri təhlil edib.

ADNSU-nun Mətbuat Xidməti