Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura və Doktorantura şöbələrinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa keçirilib.
Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olduğunu deyərək soyqırımından ətraflı bəhs edib. O, bildirib ki, 27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən zəbt olunub. Hücum nəticəsində çoxlu sayda insanlar qətlə yetirilib, dinc sakin yaralanıb, girov götürülüb, itkin düşüb. F.Rzayeva orada dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini deyib. O, bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş amansız hərəkət olduğunu söyləyib. F.Rzayeva tarixi həqiqətlərin düzgün əks etdirilməsi nöqteyi-nəzərindən və bunun dünyaya çatdırılması baxımından tədrisdə bu mövzulara daha çox yer verilməsinin əhəmiyyətli olduğunu deyib.
Regionşünaslıq kafedrasının dosenti Namiq Kərimov, baş müəllimi Ramin Quliyev, doktorantlar Cavid Zeynalov və Qismət Rüstəmov Xocalı soyqırmında törədilən vəhşiliklər haqqında danışıblar.
Magistrantlar Lətifə Qasımova, Zəhra Fətullayeva, Türkan Gülməmmədli, Leyla Bayramova “Xocalı faciəsi xarici mətbuatda”, “Xocalı faciəsi erməni vandalizminin bariz nümunəsi kimi” mövzularında məruzə ediblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti