Bu gün üç müstəntiq İsrailin baş naziri Benyamin Netanyahunun evinə gələrək onun ifadəsini alıblar. Hökumət başçısı bir sıra korrupsiya hadisələrində ittiham olunur.
Virtualaz.org “Federal xəbərlər agentliyi”nə istinadən xəbər verir ki, istintaqın gəldiyi nəticəyə görə, Natanyahu dəyəri bir neçə min dollar olan hədiyyələr alıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, bu cür vəziyyət ölkə əhalisinin baş nazirə etimadını azaldır. Öz növbəsində, Netanyahu ona qarşı irəli sürülən ittihamları rədd edir.
Daha öncə “İzvestiya” nəşri yazmışdı ki, polis Netanyahunun dostu – iş adamı Ron Lauderin ifadəsini alıb. O, dostuna hədiyyələr etdiyini və baş nazirin oğlunun xarici ölkəyə səfərini maliyyələşdirdiyini etiraf etmişdi.
Tehsil-press.az