Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur Azərbaycanın bu il ilk dəfə qoşulduğu və 37 ölkənin iştirak etdiyi dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad proqramının ilk mərhələsi başladı. Müsabiqə özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir. ClimateLaunchpad proqramına fevral ayından davam edən müraciətlərdən sonra proqrama Azərbaycandan 14 komanda seçilmişdir.
6 May 2017-ci il tarixindən başlayaraq "Social Innovation Lab" - in rəsmi təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (qızıl sponsor), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (bürünc sponsor) dəstəyi ilə proqrama qəbul olan startapların inkişafı və Avqust ayında keçiriləcək ölkə finalına hazırlığı üçün intensiv təlim proqramı 2 gün davam etmişdir.
Proqram "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Westerhof və lokal təlimçilər tərəfindən keçirilir. Avqust ayında olacaq ölkə finalına qədər praktiki təlimlər 14 həftə davam edəcəkdir.
"ClimateLaunchpad" müsabiqəsi 4 əsas mərhələdən ibarətdir:
Mərhələ 1: Bootcamp – 6 - 7 May, 2017 ClimateLaunchpad proqramına qəbul olunan 14 komanda ClimateLaunchpad tərəfindən göndərilən xarici ekspert tərəfindən 8 modul üzərində keçirilən 2 günlük praktiki bootcamp-də iştirak edirlər. Burada iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.
Mərhələ 2: İntensiv ölkə daxili koçinq sessiyaları – May – Iyul, 2017 İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar.
Mərhələ 3: Ölkə Finalı – 5 Avqust, 2017 Ölkə daxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad - in də təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Grand Finale - a vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 37 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin Oktyabr ayında keçiriləcək Grand Finale - a vəsiqə qazanacaqlar. Bu komandaların Grand Finale - da iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır.
Mərhələ 4: "Grand Finale" – Limasol, Kipr, Oktyabr, 2017 Hər bir ölkənin qazanan-3 komandası Grand Finale - da bir yerə toplanacaq və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Finale - da ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.
Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
– Birinci yer: € 10,000 avro,
– İkinci yer: € 5,000 avro,
– Üçüncü yer: € 2,500 avro.
Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Grand Finale - a ev sahibliyi edir. ClimateLaunchpad proqramının təşkil olunmasında Social Innovation Lab - in əsas tərəfdaşları Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi (bürünc sponsor) ilə yanaşı, digər tərəfdaşları Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc. Biznes İnkubasiya Mərkəzidir.

BMU-nun Mətbuat Xidməti


Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Oxşar xəbərlər