Prokurorluq işçiləri Gülnarəni zorla evindən apardılar

Prokurorluq işçiləri Gülnarəni zorla evindən apardılar Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə G.Kərimovanın qızı İman bildirib:
“Bu gün təxminən saat 19:00 radələrində Özbəkistanın prokurorluq əməkdaşları Daşkənddəki mənzilimizə hücum çəkdilər. Anam 2018-ci il iyunun sonundan həmin evdə yaşayır. Əvvəlcə onlardan biri “rəhbərliy”in adından anamı hədələdi. Daha sonra isə onu zorla evdən çıxararaq naməlum istiqamətə apardılar”.
İmanın sözlərinə görə, hazırda heç kəs Gülnarənin harada olduğunu və başına nə gəldiyini bilmir. Gülnarənin İsveçrədəki vəkilləri artıq məlumatlandırılıb və tədbirlər görülür.
Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətiimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.

Tehsil-press.az

Oxşar xəbərlər