“Milli Teatr Günü” münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müəllim və şagird kollektivi Sumqayıt Dövlət Dram Teatrına ekskursiya təşkil edib. Kollektiv ekskursiya zamanı qrim otağı, kostyum sexi, rəssam emalatxanası, butafor sexi ilə tanış olub.
Bundan əlavə, ekskursiya iştirakçılarına Sumqayıt Dövlət Dram Teatrının fəaliyyətini əks etdrən sərgi-afişa haqqında geniş məlumat verilib.
Sonra tamaşa zalında teatrın direktoru Mübariz Həmidov və teatrın kollektivi çıxış edərək bayram münasibətilə teatr camiəsini və tamaşaçıları təbrik edib. Cıxışlar zamanı mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışılıb, 50 il ərzində teatrın keçdiyi zəngin yaradıcılıq yolundan söhbət açılıb.
Sonda M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, “Müsyo Jordan və Dərviş Məstəli Şah" məzhəkəsi Sumqayıt Dövlət Dram teatrın səhnəsində ilk dəfə 1969-cu ildə Xalq artisti Cənnət Səlimovanın, hazırda isə Xalq artisti Firudin Məhərrəmovun quruluşunda səhnələşdirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti